Bu ölkədə məktəblərdə biometrik giriş sistemi tətbiq olunacaq

27.11.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Rusiyanın hökumət dairələri yaxın vaxtlarda Dövlət Dumasına məktəblərdə biometrik giriş sisteminin tətbiqi ilə bağlı yeni qanun layihəsinin təqdim olunacağını açıqlayıblar.

Ölkə.az xəbər verir ki, layihəyə əsasən, məktəblərdə keçid kartları və buraxılış sistemləri əvəzinə biometrik identifikasiya tətbiq olunacaq.

Rəsmilər bildiriblər ki, biometrik sistem ənənəvi kartlara alternativ olacaq və əsas üstünlüyü ondan ibarətdir ki, biometrik məlumatlar “itirilə” və ya üçüncü şəxsə ötürülə bilməz.

Bu yenilik məktəblərdə təhlükəsizliyi artırmaq və şagirdlərin dərsə davamiyyətinə nəzarəti sadələşdirmək məqsədi daşıyır.

Hazırda sistem Tatarıstanda sınaqdan keçirilir və hökumət təcrübənin uğurlu nəticə verdiyini bildirir.(musavat)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью