Bu ölkədə məktəblərin zənginə qadağa qoyuldu

19.08.2025

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə 2025-2026-cı tədris ili sentyabrın 8-də başlayır.

Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, “Ailə ili” mövzusuna həsr olunmuş yeni müddət ekoloji maarifləndirmə, ailə dəyərləri və rəqəmsal risklər barədə məlumatlılığı vurğulayacaq.

“Zəngsiz məktəblər” və “mobil telefon qadağaları” kimi tələbə proqramları həyata keçirilərkən, yeni Təhsil Modeli də tədricən tətbiq olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə 2025-ci il “Ailə ili” elan edilib. Təhsildə ailə institutunun qorunması və möhkəmləndirilməsi, uşaqların ailələri ilə keçirdikləri vaxtın keyfiyyətinin yüksəldilməsi prioritet məqsədlərdən olacaq. Sirkulyar, həmçinin rəqəmsal risklər və təhdidlər haqqında məlumatlılığın artırılmasının vacibliyi vurğulanıb. Tələbə klubları, layihələr və tədbirlər “Ailə ili” mövzusuna uyğun formalaşdırılacaq.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью