Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Güclü yağış Barselonada nəqliyyatın hərəkətində ciddi problemlərə səbəb olub.
Avtosfer.az xəbər verir ki, leysan yağışlar nəticəsində şəhərin bir neçə metro stansiyasını su basıb.
TASS-ın məlumatına görə, su basması səbəbindən bəzi metro stansiyaları bağlanıb. El Periódico-nun yaydığı görüntülərdə metro keçidlərinin tavanlarından suyun axdığı əks olunub.
Bəzi ictimai nəqliyyat marşrutlarının hərəkəti gün ərzində bərpa edilsə də, şəhərin ayrı-ayrı ərazilərində yollar bağlı qalıb.
Nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər və yolların bağlanması Barselonada ciddi tıxacların yaranmasına səbəb olub./ajans.az
bax.tvhttps://player.bax.tv/embed/227417.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar