Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Cənubi Afrikanın Keyptaun şəhərində milli bayraq Rusiya bayrağı ilə əvəz edilib”.
Globalinfo.az xəbər verir ki, sözügedən hadisə yerli sakinləri çox təəccübləndirib.
“Keyptaun sakinləri tarixi Ümid Qalasının üzərində Rusiya bayrağının dalğalandığını gördükdən sonra şoka düşüblər. Parlament üzvləri tarixi tikilinin üzərində xarici ölkənin bayrağının niyə qaldırıldığını araşdırmağa başlayıblar. Bəlli olub ki, bir müddət qalada film çəkilişləri olub. Lakin Rusiya bayrağının niyə qaldırıldığı məlum deyil”, – “Lenta.ru” bildirib.
Məlumata görə, Rusiya bayrağı bir neçə saat qalanın üzərində asılı qalıb, bundan sonra Cənubi Afrika Respublikasının bayrağı yerinə qoyulub.
Əliyar Xəlil
Globalinfo.az