Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Peter Madyar "YouTube" kanalında yayımlanan videomüraciətində bildirib.
"Öhdəliklərimizə uyğun olaraq, 2027-ci il yanvarın 1-dən qocalığa görə minimum pensiyanın məbləğini 120 000 forintə (təxminən 650 manat - red.) qaldırırıq", - deyə Madyar bildirib.
O xatırladıb ki, 2008-ci ildən etibarən minimum pensiyanın məbləği dəyişməyərək 28 500 forint (təxminən 150 manat - red.) təşkil edib.
Bununla yanaşı, baş nazirin sözlərinə görə, reseptlə satılan dərmanlara ƏDV-nin ləğv edilməsi, eləcə də oduna tətbiq olunan ƏDV-nin 27%-dən 5%-ə endirilməsi Macarıstanın yüzminlərlə yaşlı sakininin həyat şəraitinin yaxşılaşmasına kömək edəcək.(oxu.az)