Bu ölkədə nazirliklərə hücum edildi

06.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreya Müdafiə və Ətraf Mühit Nazirliyi də daxil olmaqla bir çox nazirliyin saytlarının kiberhücuma məruz qaldığını açıqlayıb.

Publika.az xəbər verir ki, nazirlik rəsmisi Müdafiə Nazirliyinin saytında dərc etdiyi bəyanatda kiberhücum təşkil olunduğunu bildirib.

Cənubi Koreya İnformasiya Resursları Xidməti rəsmisi ölkədəki bir çox nazirliyin internet saytlarına kiberhücumların edildiyini diqqətə çatdırıb:

“Hücumlar artıq bitmiş kimi görünür, amma tam bitmədiyi üçün işimizi davam etdirəcəyik. Nazirliyin internet saytlarına kiberhücumların olunması adi hal deyil. Hücum edənlərin İP ünvanları bloklanıb. Kiber Əməliyyatlar Komandanlığı məsələni araşdırmağa başlayıb. Səlahiyyətlilər hücumun arxasında kimin ola biləcəyini araşdırır”.

Aysel Şahmar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью