Bu ölkədə nömrənin hər hərfinə görə pul ödəniləcək

19.11.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bahalı nömrə və lüks avtomobil dedikdə ilk ağla gələn Körfəz ölkələri olur. Lakin, istisnalar da mövcuddur. 

Avtosfer.az xəbər verir ki, dünyanın ikinci ən kiçik dövləti olan Monako Knyazlığı da tədricən Körfəz monarxiyalarına bənzəyir. Qüvvədə olan qanuna görə, ya 4 hərf, ya da 3 hərf və 1 rəqəmdən ibarət nömrə nişanları pulsuz verilir. İndi isə premium avtomobil sahibləri narahatdırlar: avtomobillər eynidir, fərqli əlamət yoxdur. 

Artıq çarə tapılıb. Hər avtomobil sahibi istədiyi nömrəni əldə edə bilər, bir şərtlə ki, əli cibində olsun. Standart nömrə pulsuz verildiyi halda, sifarişli nömrənin hər simvolu 10 min avrodur. Yəni, 1 nömrə 40 min avroya (80 000 manat) başa gəlir. Nömrənin illik vergisi isə 2500 avro müəyyən edilib.

Təbii ki, pullu nömrə də tam sərbəstlik deyil. Etik prinsiplərə uyğun gəlməyən hərf kombinasiyaları qadağandır.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью