Bu ölkədə ölən şəxs 30 dəqiqə sonra dirildi | Icma.az
Icma.az bildirir, Olke.az portalına istinadən. İtaliyanın Tarquinia şəhərində tibb dünyasını heyrətə salan hadisə baş verib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ürəyi iki dəfə dayanan və həkimlərin öldüyünü dediyi 78 yaşlı kişi evinin qarşısında xərəyə qoyularaq təcili yardım maşınına yerləşdirilib.
Həkimlər, tibb bacıları və ailə tabutun gəlməsini gözləyərkən o ayılıb.
“Öldüyü” deyilən kişi təxminən 30 dəqiqə sonra qəfildən gözlərini açıb, tərpənməyə başlayıb və “övladlarım haradadır?” deyə soruşub.
İtaliya mətbuatının məlumatına görə, dirillən kişi dərhal ən yaxın xəstəxanaya aparılıb.
Hazırda onun vəziyyətinin stabil olduğu və ətrafı ilə normal ünsiyyət qurduğu bildirilir. Lazarus sindromu nədir?
Mütəxəssislər bu qeyri-adi vəziyyəti "Lazar sindromu" adlandırırlar.
Tibbi baxımdan bu sindrom ürəyi dayanmış, heç bir müdaxilə olmadan həyat əlaməti olmayan insanların sürətlə canlanmasına aiddir.
Tam oxu
Xəbəri oxu