Bu ölkədə pensiyaların azaldılması ilə bağlı xəbərlər təkzib edildi

30.03.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Qazaxıstanda pensiya ödənişlərindən 20 faiz tutulmanın tətbiqi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Ölkə.az xəbər verir ki, bu barədə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2026-cı il yanvarın 1-dən baza və həmrəylik pensiyaları proqnozlaşdırılan inflyasiya səviyyəsinə uyğun olaraq 10 faiz artırılıb.

Nazirlik vətəndaşlardan yalnız rəsmi mənbələrdən olan məlumatlara etibar etmələrini xahiş edib.

Bundan əvvəl Qazaxıstanda naməlum şəxslər pensiyaların 20 faizinin tutulması ilə bağlı videoçarxlar yaymışdılar.(publika)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью