Bu ölkədə polisləri dronlar əvəzləməyə başladı VİDEO

11.03.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çində polis fəaliyyətində yeni mərhələ başlayıb. Bir sıra şəhərlərdə hüquq-mühafizə orqanları patrul və nəzarət məqsədilə dronlardan istifadəni genişləndirib.
Demokrat.az bildirir ki, texnologiya artıq gündəlik polis işinin bir hissəsinə çevrilir. Dronlar küçələrdə və magistral yollarda vəziyyəti havadan izləyir, nəqliyyat qaydalarını pozan sürücüləri qeydə alır, kütləvi tədbirlər zamanı təhlükəsizlik nəzarətini gücləndirir. Eyni zamanda, axtarış-xilasetmə əməliyyatlarında və fövqəladə hallarda məlumat toplamaq üçün də tətbiq olunur.
Çin mediasının məlumatına görə, bu qurğular yüksək keyfiyyətli kameralar və sensorlarla təchiz olunub. Toplanan məlumatlar real vaxt rejimində polis idarələrinin komanda mərkəzlərinə ötürülür. Beləliklə, hüquq-mühafizə orqanları daha geniş ərazini daha az əməkdaşla nəzarətdə saxlaya bilir.
Bəzi bölgələrdə dronlar artıq xüsusi tapşırıqlar da yerinə yetirir. Magistral yollarda yol hərəkətinə nəzarət, itkin düşən şəxslərin axtarışı və təhlükəli ərazilərin müşahidəsi bu siyahıya daxildir.
Məlumata görə, Çin gələcəkdə süni intellekt sistemləri ilə inteqrasiya olunmuş daha inkişaf etmiş polis dronlarının tətbiqini də genişləndirməyi planlaşdırır. Bu isə təhlükəsizlik sisteminin texnoloji imkanlarını daha da artıracaq.
 
@hava.yorum

​Gördüğünüz, ışıkları yanıp sönen dronlar Çin'deki trafik polisinin kullandığı dronlardır. ​ Havadan trafik takibi yapıyorlar, polise yardımcı oluyorlar ve doğrudan müdahalede bulunuyorlar.

♬ orijinal ses - Hava Yorum

İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью