Bu ölkədə qadınlar həkim ola bilməz KONKRET

05.12.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əfqanıstanda qızların ali və orta təhsil müəssisələrində tibb təhsili alması qadağan edilib.

KONKRET.az lent.az-a istinadən bildirir ki, müvafiq sərəncamı ölkə rəhbəri Haybətullah Axundzadə imzalayıb.

Qeyd olunur ki, Əfqanıstanın Səhiyyə Nazirliyi səhiyyə rəsmilərinə qızların artıq bu müəssisələrdə təhsil almasına icazə verilmədiyi barədə məlumat verib.

Səhiyyə naziri vurğulayıb ki, dekabrın 3-dən qadınlara və qızlara hətta tibb institutlarında, eləcə də texnikumlarda oxumaq qadağan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью