Bu ölkədə qadınlar orduya çağırıla bilər: müzakirə başladı

11.10.2026

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyada qadınların da hərbi xidmətə cəlb edilməsi məsələsi yenidən gündəmə gəlib. 

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sky News” məlumat yayıb.

Qeyd olunub ki, mövzu ölkənin müdafiə imkanlarının gücləndirilməsi və hərbi xidmət sistemində planlaşdırılan dəyişikliklər fonunda müzakirə olunur. 

Materialda yalnız qadınların iştirak etdiyi hərbi hazırlıq düşərgəsindən görüntülər təqdim olunub, gənc qadınların yeni hərbi xidmət qaydalarına münasibəti öyrənilib.

Almaniyada qüvvəyə minən yeni qaydalara əsasən, 18 yaşlı gənclərə hərbi xidmətlə bağlı sorğu göndərilir.

Kişilər üçün sorğunun cavablandırılması məcburidir, qadınlar isə könüllü şəkildə iştirak edə bilərlər.

Hazırda qadınların məcburi hərbi xidmətə çağırılması ilə bağlı qərar qəbul edilməyib.

Planlara əsasən, ilk növbədə könüllülərin cəlb edilməsi genişləndiriləcək.

Könüllülərin sayı yetərli olmazsa, məcburi hərbi xidmətin tətbiqi üçün parlamentin ayrıca qərarı tələb olunacaq.

Globalinfo.az///

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью