Bu ölkədə qızların evlilik yaşı 9a endirilir Yeni Sabah

11.11.2024

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İraqda hakimiyyətdə olan iqtidar koalisiyası qızların evlilik yaşını 9-a endirən qanun layihəsini qəbul etməyə hazırlaşır. Parlament yeni qanunu “əxlaqsız münasibətlərdən” qorunmaq üçün effektiv olacağı ilə əsaslandırıb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları parlamentin bu addımını sərt şəkildə qınayıb. Əgər yeni qanun layihəsi qüvvəyə minərsə, İraq qadınları üçün minimum evlilik yaşı 18-dən 9-a enəcək. 

İraq əhalisi sözügedən qanundan olduqca narazıdır. Paytaxt Bağdad başda olmaqla, bir sıra iri şəhərlərdə etiraz aksiyaları təşkil olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью