Bu ölkədə quş qripi yayılıb

16.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Norveçdə quş qripi epidemiyasının yayılması yumurta və toyuq ətinin tədarükündə problemlərə səbəb ola bilər.

"Cebheinfo.az" xəbər verir ki, ölkənin Qida Təhlükəsizliyi İdarəsi mümkün ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edib.

Norveç Qida Təhlükəsizliyi İdarəsinin baş direktoru İnqunn Midttun Qodal (Ingunn Midttun Godal) ölkənin ictimai yayım şirkəti NRK-yə açıqlamasında dünyada quş qripi epidemiyalarının getdikcə geniş yayıldığını bildirib.

Onun sözlərinə görə, xəstəlikdən təsirlənən quşçuluq təsərrüfatlarında istehsalın azalması nəticəsində yumurta və toyuq əti qıtlığı yarana bilər.

Qodal Norveç Kənd Təsərrüfatı İdarəsinə ölkəyə yumurta və toyuq əti idxalının artırılmasını tövsiyə edib.

O, həmçinin ölkədə quş qripi epidemiyası səbəbindən indiyədək 100 min baş ev quşunun məhv edildiyini açıqlayıb.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью