Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Venesiya kinofestivalında Rusiya bayrağının qaldırılması Ukrayna Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyini qəzəbləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” teleqram kanalında məlumat verilib.
Ukrayna hakimiyyəti təşkilatçıları Rusiyanın mövcudluğundan və Rusiya bayrağından qurtulmağa çağırıb.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı rolunu Jude Lounun canlandırdığı “Kreml sehrbazı” filminin çəkilişlərini şərh etmişdi. Eyniadlı ədəbi əsər əsasında çəkilmiş filmin premyerası hazırda Lido adasında keçirilən Venesiya Film Festivalında baş tutub.
Tahir Turan
Globalinfo.az