Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Danimarka məktəblərində nizam-intizam yaradılması üçün müəllimlərə fiziki gücdən istifadəyə icazə verilə bilər.
Avtosfer.az xəbər verir ki, qanun layihəsi parlamentdə təsdiq edilməlidir. Layihəyə görə, müəllim müəyyən şərtlərdə şagirdə qarşı güc tətbiq edə və onu dərsdən çıxara bilər.
Təhsil naziri Maqnus Xeunike bildirir ki, dərs prosesini pozan və ya başqalarına təhlükə törədən şagidə qarşı fiziki gücdən istifadə edilə bilər. Lakin söhbət bədən cəzasından getmir.
“Müəllimin şübhəsi olmasın ki, vəziyyət ağırlaşanda ona hərəkət etmək icazəsi verilir. Heç bir müəllim zorakılığın qarşısını aldığına görə işdən azad edilməyəcək” – nazir vurğulayıb.
Danimarka Əmək Müfəttişliyinin hesabatına görə, müəllimlərin 25 faizi şagirdlərin zorakı davranışı ilə üzləşib. Hesabat sözügedən qanun layihəsinin hazırlanmasına əsas olub.
Vüqar