Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. İraq hökuməti ümumi seçkilərin noyabrın 11-də keçirilməsinə qərar verib.
"Cebheinfo.az" xəbər verir ki, İraq Nazirlər Şurası Baş nazir Məhəmməd Şia əl-Sudaninin sədrliyi ilə toplanaraq seçkilərlə bağlı qərar qəbul edib.
Bu qərara əsasən, parlament seçkiləri noyabrın 11-də keçiriləcək. İraq Konstitusiyasına görə, ümumi seçkilər dörd ildən bir keçirilməlidir.
İraq Yüksək Seçki Komissiyası da seçkiləri qeyd olunan tarixdə keçirməyə hazır olduqlarını açıqlayıb.
Nigar Hacılı "Cebheinfo.az" Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.