Bu ölkədə siqaret, alkoqol və yanacaq bahalaşır

03.07.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan parlamenti ikinci və son oxunuşda 2027–2029-cu illər üçün aksiz vergisi dərəcələrinin cədvəlini təsdiqləyib. Yeni dərəcələr 1 fevral 2027-ci ildən qüvvəyə minəcək.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, siqaretlərə tətbiq olunan aksiz 1000 ədəd üçün 19,5 min dramdan 21 min drama yüksələcək, 2029-cu ilə qədər isə 24 min drama çatacaq. Elektron siqaretlər üçün dərəcə 4,1 min dramdan 5,4 min drama artırılacaq, 2029-cu ildə isə 1000 ədəd üçün 9 min dram olacaq.

Benzinə aksiz 43,6 min dramdan 54,1 min drama qədər artırılacaq, sıxılmış təbii qaz üçün isə 37,1 min dramdan 46 min drama qalxacaq. Bu dərəcələr 2027–2029-cu illər ərzində qüvvədə olacaq.

Üzüm və meyvə-giləmeyvə şərabına tətbiq edilən aksiz litr üçün 165 dramdan 210 drama yüksələcək.

Bununla yanaşı, meyvə arağı üçün aksiz litr üçün 4,6 min dramdan 3 min drama endiriləcək — bu, sahəyə dəstək məqsədi daşıyır. Konyak üçün isə 100% spirtin şərti litrində 4 min dram vahid dərəcə müəyyən ediləcək: bu, gənc konyaklar üçün artım, daha uzun müddət saxlanılan məhsullar üçün isə azalma deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью