Bu ölkədə sürət limiti 150 km/saata QALDIRILIR

29.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bir çox Avropa ölkəsində sürət limiti məsələsinə yenidən baxılır. 

Avtosfer.az xəbər verir ki, iyundan etibarən Çexiyanın bəzi magistrallarında sürət limiti 150 km/saat olacaq. Bir ay müddətində yol infrastruktutunun və əhalinin belə yüksək sürətə uyğunluğu yoxlanacaq. Bunun ardınca limitin artırılıb-artırılmamasına qərar veriləcək.

Ümumi planda isə, Avropada maksimal sürətin artırılması tendensiyası davam edir. Almaniyanın bəzi avtobanlarındasürət limiti yoxdur. İtaliya 2023-cü ildən etibarən üçzolaqlı yollarda 150 km/saat sürətə icazə verir.

Niderland pandemiya vaxtı limiti 100 km/saata endirsə də, sonradan geri addım ataraq 130 km/saat sürəti bərpa etdi. Avstriya isə yaxın aylarda - seçkilərdən sonra bu məsələni müzakirə edəcək

Bir faktı da qeyd edək ki, sürət limiti məsələsi əsasən siyasi xarakterlidir.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью