Bu ölkədə təhlükəsizlik naziri HƏBS EDİLDİ

26.12.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç həbs edilib.

Modern.az xəbər verir ki, nazir prokurorluğun göstərişi ilə Bosniya və Herseqovinanın Serbska Respublikasının Daxili İşlər Nazirliyi keçirdiyi xüsusi əməliyyat zamanı Şərqi Sarayevoda saxlanılıb.

Nenad Neşiç 2016-cı ildən 2020-ci ilədək “Serbska Respublikasının Yolları” İctimai Müəssisəsinin direktoru vəzifəsində işlədiyi dövrdə korrupsiyada ittiham olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью