Bu ölkədə Telegram blokladı

09.03.2025

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dağıstan və Çeçenistanda Teleqram messencerinin bloklanması məcburi tədbirdir.

AzPost xəbər verir ki, bu sözləri Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Həmzətov deyib.

O bildirib ki, messencerin bloklanması sınaq deyil – hazırda söhbət informasiya təhlükəsizliyindən gedir:

“Respublikalarda resursun bloklanması haqqında qərar federal səviyyədə hüquq-mühafizə orqanlarının təqdimatı əsasında qəbul edilib. Qərar 2023-cü il oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra verilib. Həmin vaxt Teleqram messencerindən iğtişaşların iştirakçıları istifadə ediblər”.

Nazir vurğulayıb ki, gələcəkdə Teleqram blokdan çıxarıla bilər.(Axar.az)

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью