Bu ölkədə təyyarə qəza enişi etdi

08.08.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Cənubi Saxalinsk - Sovetskaya Qavan reysini yerinə yetirən DHC-6-400 təyyarəsi havaya qalxdıqdan bir müddət sonra qəza enişi edib, xəsarət alan olmayıb.

Metbuat.azTASS-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

"Bu gün "Tayqa" aviaşirkətinin Cənubi Saxalinsk - Sovetskaya Qavan reysini həyata keçirən DHC-6-400 təyyarəsi texniki nasazlıq səbəbindən qəza enişi edib. Havaya qalxdıqdan bir müddət sonra nasazlıq aşkar edən ekipaj təyyarənin geri qayıtmasına qərar verib. Eniş uğurla həyata keçirilib", - məlumatda deyilir.

Təyyarədə 14 sərnişin, o cümlədən 4 yetkinlik yaşına çatmayan şəxs olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью