Bu ölkədə TikTok ləğv edilir

16.01.2025

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Yanvarın 19-dan etibarən Çinin Tiktok videohostinqinin ABŞ-da fəaliyyəti tamamən dayandırılacaq.

Sitat.info "Reuters"ə istinadən xəbər verir ki, həmin tarixdə federal qadağa qüvvəyə minəcək.

Bildirilib ki, TikTok-u endirmiş istifadəçilər nəzəri olaraq hələ də tətbiqdən istifadə edə biləcəklər. Konqres tərəfindən qəbul edilən qanun yalnız "Apple" və "Google" tətbiq mağazalarından Tiktokun endirilməsini qadağan edəcək.

Lakin artıq quraşdırılmış smartfonlarda ən azı bir müddət normal işləməsinə imkan verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью