Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İraqın şiə siyasi bloku olan Koordinasiya Mərkəzi ABŞ Prezidenti Donald Trampın xəbərdarlığına baxmayaraq, keçmiş baş nazir Nuri əl-Malikinin növbəti hökumətə rəhbərlik etməsini dəstəklədiyini bir daha təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məlumata görə, parlamentdə çoxluğa sahib olan blok 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqın ilk baş naziri olmuş Nuri əl-Malikini seçkilərdən sonra bu vəzifəyə namizəd kimi irəli sürüb.
“Baş nazirin seçilməsi İraq üçün tamamilə konstitusiya məsələsidir və xarici müdaxilə olmadan həyata keçirilməlidir”, - blokun yaydığı bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Nuri əl-Malikinin yenidən aş nazir olacağı təqdirdə İraqa yardım etməyəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.