Bu ölkədə uçuşlar təxirə SALINDI

18.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Rusiyanın paytaxtı Moskvada Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumları fonunda yüzlərlə aviareysdə gecikmələr qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Ostorojno, Moskva” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hazırda Moskvanın Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Bildirilir ki, Vnukovo hava limanında təxminən 63, Domodedovoda 48, Şeremetyevoda isə 65-ə yaxın reys gecikir. Ümumilikdə Moskva hava limanlarında təxminən 250 reysin ləngidiyi qeyd olunur.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью