Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir

29.01.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Belçikada nəqliyyat vasitələrini sürücüsüz idarə edənlərlə bağlı qaydalar sərtləşdirilir. 

Avtosfer.az xəbər verir ki, əvvəlki illərdə nəqliyyat vasitələrini sürücüsüz idarə edənlərin avtomobili yalnız residivizm hallarında (qayda pozuntusunun təkrar pozulması – müəl.) müsadirə edilirdi. İndi isə vəziyyət dəyişir.

Yeni qanuna görə, sürücülük vəsiqəsi olmayan şəxsin idarə etdiyi avtomobil müsadirə ediləcək.

Bu, əvvəlkindən fərqli olaraq hakimin seçimi deyil, mütləq tətbiq edilməli qaydadır. 

Yeni qayda vaxtı keçmiş vəsiqəsini yeniləməyən, həmçinin sürücülük hüququndan məhrum edildikdən sonra maşın sürməyə davam edən şəxslərə də şamil ediləcək.

Vüqar

Oxunub 46

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью