Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sudanda xəstəxanaya hücum nəticəsində 40-dan çox adam, o cümlədən uşaqlar və tibb işçiləri həlak olub.
Ölkə.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
Bildirilir ki, xəstəxanaya hücum Qərbi Kordofanda, Sudan ordusu ilə yarımhərbi Çevik Müdaxilə Qüvvələri arasında, cəbhə xətti yaxınlığında baş verib.
ÜST-ün baş direktoru məsul şəxslərin adlarını çəkmədən səhiyyə müəssisələrinə hücumları dayandırmağa çağırıb.
Həmidə İbrahimova