Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransada yanacaq böhranı dərinləşməkdə davam edir. Beynəlxalq KİV-lərin yaydığı məlumata əsasən, ölkə üzrə yanacaqdoldurma məntəqələrinin təxminən 11 faizində (hər 9 məntəqədən birində) benzin və ya dizel ehtiyatları tamamilə tükənib.
“Yeni Sabah” xəbər verir ki, təchizat zəncirindəki problemlər yanacaq qiymətlərinin kəskin bahalaşmasına səbəb olub. Dizel yanacağının litri 2,38 - 2,41 avro səviyyəsinə yüksələrək tarixi rekord həddə yaxınlaşıb.
Fransa Prezidenti Emmanuel Makron vəziyyətlə bağlı təcili iclas çağırıb. Hökumət uzaqməsafəli yük və sərnişin daşıyıcılarına maliyyə subsidiyalarının ayrılmasını planlaşdırır. Pepperoni pizza
Tədarükdəki fasilələr səbəbindən ölkənin bir çox regionunda yanacaqdoldurma məntəqələrinin önündə uzun növbələr yaranıb.