Bu ölkədə yanğın: Azərbaycan başsağılığı verdi

16.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında qeyd olunub.

“Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, – XİN-in paylaşımında nəql edilib.

Xatırladaq ki, Koçanidə diskotekada baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью