Bu ölkədə yarım milyona yaxın azyaşlının “Snapchat” hesabı BAĞLANDI

02.02.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avstraliyada azyaşlıların sosial şəbəkələrə çıxışı ilə bağlı tətbiq olunan məhdudiyyətlər fonunda “Snapchat”da yaşı 16-dan aşağı olan istifadəçilərə məxsus 415 mindən çox hesabı bağlanıb və ya deaktiv edilib.

Redaktor.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Snapchat"dan bildirilib ki, bu tədbir Avstraliyadakı, istifadəçilərin yaşlarını 16-dan aşağı olaraq bəyan etdikləri və ya şirkətin yaşın müəyyən edilməsi sistemləri vasitəsilə yetkinlik yaşına çatmadığı qiymətləndirilən hesablara şamil edilib.

Rəqəmlər yanvar ayının sonuna qədər olan dövrü əhatə edir və şirkət qarşıda daha çox hesabı bloklamaq niyyətində olduğunu gizlətmir.

Bu tədbir dekabr ayında Avstraliyada qəbul edilən Sosial Media üzrə Minimum Yaş (SMMA) qanununun tətbiqindən sonra həyata keçirilib. Sözügedən qanun müəyyən platformaları 16 yaşdan aşağı şəxslərin hesab sahibi olmasının qarşısını almağa məcbur edir.

“Snapchat” bu tələblərə əməl etməli olan ilkin 10 xidmət arasında yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью