Bu ölkədə yaşı 100 ü keçənlərin sayı 100 mini ötüb

15.09.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 100 yaş və üzəri şəxslərin sayı ötən illə müqayisədə 7 min 914 nəfər artaraq 107 min 677-yə çatıb.

Məlumata əsasən, 100 yaşını tamamlayanların təxminən 88 faizini qadınlar təşkil edir. Qeyd olunub ki, 1963-cü ildə ölkədə cəmi 153 nəfər 100 yaşdan yuxarı şəxs olduğu halda, bu göstərici illərdir fasiləsiz artmaqdadır.

Rəsmi statistikaya görə, ölkənin ən yaşlı sakini Kyoto şəhərində yaşayan 114 yaşlı Fuyo Kişimotodur. Yaponiyanın ən yaşlı kişisi isə Kumamoto şəhərində yaşayan 112 yaşlı Hikaru Katodur.

Qeyd edək ki, Yaponiya orta ömür uzunluğuna görə dünyanın lider ölkələri sırasındadır. 

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью