Bu ölkədə yaşı 16dan az olanlar sosial şəbəkələrə girə bilməyəcəklər Xəbər saytı Son xəbərlər və Hadisələr

07.11.2024

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliyanın Baş naziri Entoni Albanese cümə axşamı Avstraliya hökumətinin 16 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun təqdim edəcəyini söyləyib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Albanese mətbuat konfransında "Sosial media uşaqlarımıza zərər verir və mən bunu dayandırmağa çağırıram" deyib.

O əlavə edib ki, qanun layihəsi bu il parlamentə təqdim olunacaq və qanunvericilər tərəfindən ratifikasiya edildikdən 12 ay sonra qüvvəyə minəcək.

Məlumata görə, valideyn razılığı olan istifadəçilər üçün heç bir istisna edilməyəcək.

Avstraliyanın rabitə naziri Mişel Rouland bildirib ki, yenilik əsasən "Instagram", "Facebook", həmçinin X və "TikTok" kimi platformalardan istifadəyə şamil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью