Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaponiya hökuməti ölkədə hər il sentyabrın 15-də qeyd olunan “Yaşlılara Hörmət Günü” münasibətilə artan yaşlı əhali ilə bağlı statistik məlumatları açıqlayıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, ölkədə 100 yaşdan yuxarı insanların sayı 56 ildir ardıcıl olaraq artır.
Sentyabr ayına olan məlumata əsasən, Yaponiyada 100 yaşını keçmiş insanların sayı 107 677 nəfər təşkil edib. Bununla da ölkə tarixində ilk dəfə bir əsrdən çox yaşı olan insanların sayı 100 mini ötüb.
Ötən ilin göstəricisi ilə müqayisədə 100 yaşdan yuxarı insanların sayı 7 914 nəfər artıb. Onların 94 298-i qadın, 13 379-u isə kişidir.
Yaponiyada ən yaşlı qadın 114 yaşlı Kişimoto Fuyo, ən yaşlı kişi isə 112 yaşlı Kato Hikaru kimi qeydə alınıb.
Yaponiyada 100 yaşdan yuxarı insanların sayına dair məlumatlar ilk dəfə 1963-cü ildə qeydə alınmağa başlayıb.
100 yaşdan yuxarı insanların sayı ilk dəfə 1981-ci ildə 1 000, 1998-ci ildə 10 000, 2012-ci ildə isə 50 000 nəfəri keçib.
Məlumatlara görə, Yaponiyada orta ömür uzunluğu qadınlar üçün 87,3 il, kişilər üçün isə 81,3 il təşkil edir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin