Bu ölkədən qayıdanların sayı 13 minə ÇATDI

24.12.2024

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İordaniyadan ölkələrinə qayıdan suriyalıların sayı 13 minə yaxınlaşıb. 

Redaktor.az xəbər verir ki, bu barədə İordaniyanın rəsmi televiziya kanalı Əl-Mamlaka məlumat yayıb.

Məlumata görə, Suriyada Əsəd rejiminin devrilməsindən sonra ölkələrinə qayıdan ölkəsinə qayıdan suriyalıların sayının 12 min 800-ə çatıb. Onların dönmələri üçün yeganə çıxış qapısının Cabir Sərhəd Qapısı olduğu bildirilib.

Xatırladaq ki, dekabrın 8-də onlar Dəməşqə daxil olduqdan sonra Prezident Bəşər Əsəd istefa verib və ölkəni tərk edib.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью