Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Argentina 2025-ci ilin dekabr ayının əvvəlindən bəri təxminən 5 min əcnəbi Argentinadan deportasiya edib və ya ölkə ərazisinə buraxmayıb.
Bizim.Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Argentina hökumətinin sədri Manuel Adorni bunun rekord göstərici olduğunu bildirib.
“Son iki ay ərzində təxminən 5 000 əcnəbi ölkədən çıxarılıb, əraziyə buraxılmayıb, saxlanılıb və ya deportasiya edilib. ... Sərhədlərdə, limanlarda və hava limanlarında nəzarətin gücləndirilməsi sayəsində bu, rekord rəqəmlərdir”, – deyə o, "WhatsApp" kanalında yazıb.
Adorninin sözlərinə görə, dekabr ayında 2 400 əcnəbi ölkədən çıxarılıb və ya Argentinaya buraxılmayıb, yanvarın əvvəlindən isə bu rəqəm 2 300 nəfər olub.
2025-ci ilin mayında Argentina Prezidenti Xavyer Miley ölkənin miqrasiya qanunvericiliyini sərtləşdirən fərman imzalayıb. Sənəd xüsusilə ölkəyə giriş və vətəndaşlıq əldə olunması məsələlərinə aid normaları sərtləşdirir. Yeni norma həmçinin Argentinada cinayət törətmiş əcnəbilərin deportasiyasını sadələşdirib.
Bizim.Media