Bu ölkələr aclıq təhlükəsi ilə üz üzədir

30.11.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Dünyanın 5 ölkəsində aclıq təhlükəsi var.

Bu haqda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Rusiya ilə əlaqələr üzrə ofisinin direktoru Oleq Kobyakov bildirib.

Kobyakovun sözlərinə görə, bu problem Qəzza zolağı, Sudan, Cənubi Sudan, Mali və Haitidə müşahidə olunur. Ümumilikdə bu il dünya əhalisinin 9,1 faizi aclıqla üzləşib ki, bu da təxminən 735 milyon insan deməkdir.

Kobyakov xəbərdarlıq edib ki, bu insanlar orqanizmin ən azı əsas fizioloji ehtiyaclarını ödəmək üçün kifayət qədər qidaya malik deyillər.

Onun sözlərinə görə, konkret olaraq Qəzza zolağına gəlincə, orada iki milyona yaxın insan hazırda aclıq təhlükəsi ilə üz-üzədir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью