Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Rusiyanın əsrlər boyu dostluq münasibətlərinin olmadığı ölkələr var”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Məsələn, Polşanı götürək. Bizim Polşa, Baltikyanı ölkələrlə həqiqətən də problemlərimiz var. Nədənsə onlar bizdən daim qorxurlar, bizi şeytanlaşdırırlar”, – o qeyd edib.
Peskov vurğulayıb ki, bu ölkələrdə hakimiyyətə gələn hər kəs Rusiyaya və ruslara “şiddətli nifrət” siyasətinə başlayır:
“Bu strategiya səhvdir, çünki Moskva ilə əməkdaşlıq Polşa və Baltikyanı ölkələrə daha çox fayda gətirə bilər”.
Safura Bənnayeva
Globalinfo.az