Bu ölkələr də İrana savaş elan EDƏCƏK

24.03.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yaxın Şərqdə davam edən müharibə fonunda İrana qarşı mübarizəyə aktiv şəkildə qoşulmağa daha da yaxınlaşdığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetində məlumat dərc olunub. Bildirilib ki, Körfəz ölkələri Səudiyyə Ərəbistanının ABŞ qüvvələrinə öz ərazisində yerləşən hava bazasından istifadə etməyə icazə verməsindən sonra daha fəal rol almağa yavaş-yavaş yaxınlaşır.

Nəşrin istinad etdiyi mənbə bildirib ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri ötən həftə İranın hücumlarına səbrinin “limitsiz olmadığını” deməsindən sonra ölkənin müharibəyə qoşulması yalnız zaman məsələsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью