Bu ölkələr icazə vermədi, Vuçiç Azərbaycandan uçdu

07.05.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Serbiya Prezidenti Aleksandr Vuçiç Moskvadakı parada qatılmaq üçün Azərbaycan üzərindən keçməli olub.

Axar.az xəbər verir ki, bu barədə “Flaytradar” izləmə xidmətinin məlumatlarında qeyd olunub.

Bildirilib ki, Litva və Latviya üzərindən Serbiyadan Rusiyaya qədər olan məsafə 2200-2500 km-dirsə, Azərbaycan üzərindən bu məsafə iki dəfəyə qədər artıb.

Qeyd edək ki, Litva və Latviya mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyi planlaşdıran Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi üçün öz hava məkanını bağlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью