Bu ölkələr İsrailə uçuşları dayandırdı

11.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail mediası İtaliya, Fransa və Yunanıstana məxsus hava yolu şirkətlərinin təhlükəsizlik səbəbi ilə ölkəyə gediş-gəliş uçuşlarını dayandırdığını bildirib.

"Cebheinfo.az"  İsrailin “İsrail Hayom” qəzetinə istinadən xəbər verir ki, İtaliyanın İTA aviaşirkəti yanvarın 12-dək İsrailə gedən və gələn uçuşları dayandırdığını açıqlayıb.

Bildirilib ki, İTA İsraildə müntəzəm fəaliyyət göstərən yeganə italyan şirkətidir.

Xəbərə görə, Fransanın “Air France” aviakompaniyası da dekabrın 26-dək İsrailə bütün uçuşları ləğv edib.

Digər tərəfdən Yunanıstan mərkəzli Aegean Airlines dekabrın 3-dək İsrailə uçuşlar həyata keçirməyəcəyini açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью