Bu ölkələr kosmosda silah yerləşdirilməsini pisləyib

25.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İran, Çin, Rusiya, Belarus və Kuba kosmosa silah yerləşdirmək cəhdlərini qətiyyətlə pisləyiblər.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Cenevrədə Kosmosda Silahlanma Yarışının Qarşısının Alınması üzrə İşçi Qrupun 4-cü sessiyasında İran nümayəndəsi tərəfindən oxunan birgə bəyanatda bildirilib.

Bəyanatda ABŞ-nin orbitdə "kosmik nəzarət silahlarına" sahib olduğunu etiraf etməsi təhlükəli eskalasiya və beynəlxalq sülhə təhdid kimi qiymətləndirilib.

Beş ölkə kosmosun dinc məqsədlər üçün qorunmasına sadiq olduqlarını təsdiqləyib və bütün dövlətləri kosmosda silah yerləşdirməkdən çəkinməyə çağırıb.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью