Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezident Donald Tramp onunla ticarət danışıqları aparmağa və idxal tariflərini azaltmağa çalışan ölkələri ələ salıb.
Yeniavaz.com CNBC telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Konqresin Milli Respublikaçılar Komitəsinin xeyriyyə tədbirindəki çıxışında deyib.
Tramp hətta bəzi ölkələrin ona razılaşma üçün “yalvardıqlarını” bildirib. “Bu ölkələr mənə zəng edir, arxamı öpürlər.
Razılaşma üçün yalvarırlar: “Zəhmət olmasa, cənab, müqavilə bağlayın.
Biz hər şeyi etməyə hazırıq” deyirlər”, - deyə ABŞ Prezidenti qeyd edib.
Onun bu sözləri tədbirdə iştirak edənlər arasında gülüşlə qarşılanıb.
ABŞ prezidenti respublikaçı həmkarlarını əmin edib ki, digər ölkələrə tariflərin artırılması 2026-cı il aralıq seçkilərində onlara kömək edəcək.