Bu ölkələr nəyə görə COP29a qatılmadı? Ekoloji fəlakət törədilər... | Icma.az
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Təəssüf ki, dünyanın bəzi böyük dövlətləri tədbirə dırnaqarası yanaşdılar.
Onların tədbirdə iştirak etməsi də bir qədər gülünc görünə bilərdi.
Bu ölkələrdən bəziləri ekoloji fəlakəti ən çox gərginləşdirən ölkələr siyahısındadırlar".Bu sözləri Demokrat.az-a politoloq Zeynal Əmrəliyev deyib:"ABŞ dünyada ekologiyaya ən çox ziyan vuran ölkələrin başında gəlir.
ABŞ-ın buraxdığı zəhərli qaz dünyanın geri qalanının buraxdığı qazdan üç dəfəyə qədər çoxdur. Bayden bunun qarşısını alacağını bildirmişdi.
Ancaq bunu etmədi. Trampın dövründə isə problemin pik həddə çatacağı gözlənilir.
ABŞ COP tədbirlərində özünün təklif etdiyi həll yollarını özü pozur".Politoloq qeyd edib ki, Norveçin gözəl təbiəti var.
Ancaq dünyada ekoloji fələkətə ən çox aparan ölkələrdən biridir:"Norveç dünyada ən çirkli neftçıxarma üsuluna malik olan ölkədir.
Tam oxu
Xəbəri oxu