Bu ölkələr rus diplomatların hərəkətini məhdudlaşdırdı

03.02.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Çexiya rusiyalı diplomatlar üçün səyahət məhdudiyyətləri tətbiq edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"23 yanvarda Rusiya səfirliyi Çexiya Xarici İşlər Nazirliyindən ölkə daxilində yeni səyahət qaydalarını izah edən nota alıb. Bu, Çexiyada akkreditə olunmayan Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarına da aiddir", - deyə məlumatda qeyd edilib.

Avstriya və Niderlanddakı Rusiya səfirlikləri əvvəllər də oxşar bildirişlər veriblər.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью