Bu ölkələr Rusiyadan elektrik təchizatını dayandırdı

08.02.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Baltikyanı ölkələr bu gündən etibarən öz elektrik şəbəkələrini BRELL (Belarus, Rusiya, Estoniya, Latviya, Litvanı) enerji sistemindən çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Baltikyanı ölkələrin elektrik şəbəkələrinin ayrılması istehlakçılara təsir etməyib və onların enerji sistemləri sabit şəkildə işləyir.

Şənbə və bazar gününün birinci yarısı ərzində Estoniya, Latviya və Litvanın elektrik şəbəkəsi operatorları "Elering", AST və "Litgrid" Qərb və Şərq arasında enerji "adası" rejimində işləmə sınaqları keçirəcəklər.

Bazar günü günorta saatlarından sonra Baltikyanı ölkələrin enerji sistemləri Avropanın elektrik təchizat sisteminə inteqrasiya oluancaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью