Bu ölkələr Rusiyadan neft almaq üçün yeni kəmər tikir

02.04.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Macarıstan və Serbiya 2025-ci ilin sonunda iki ölkə arasında yeni neft kəmərinin tikintisinə başlamaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto Belqradda Serbiyanın energetika və mədən naziri Dubravka Cedoviç-Handanoviçlə görüşündən sonra deyib.

Onun sözlərinə görə, layihə Serbiyaya Rusiyadan tədarük olunan nefti “Drujba” kəmərinin cənub qolu ilə Macarıstan ərazisindən tranzitlə almasına imkan verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью