Bu ölkələr Şengen zonasına daxil olub

12.12.2024

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub.
Missiya.Az 
xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının "X" sosial şəbəkəsində paylaşım edilib.

"Biz Rumıniya və Bolqarıstanın Şengen ailəsinə tam qoşulmasına yaşıl işıq yandıran Avropa İttifaqı Şurasının qərarını alqışlayırıq", - qeyd olunub.

Həmin ölkələr cari il martın 31-də Şengen zonasına qismən qoşulub. Lakin sərhəd nəzarəti hər iki ölkənin yalnız dəniz və hava sərhədlərində ləğv edilib, quru sərhədlərində isə nəzarət saxlanılıb.


Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью