Bu ölkələr Serbiyaya qarşı birləşir

09.09.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bosniya və Herseqovinanın Daxili İşlər Naziri Ramo İsak Serbiyanın son dövrdə atdığı təxribatçı addımlara və soyqırımı törətməkdə təqsirləndirilən hərbi cinayətkar Ratko Mladiçin qəhrəmanlaşdırılmasına kəskin reaksiya verib.

“Yeni Sabah” xəbər verir ki, nazir bu addımlara qarşı region ölkələrindən ibarət "anti-Serbiya cəbhəsi"nin yaradılmasını təklif edib.

Ramo İsak bildirib ki, təklif olunan bu birlik Serbiyada baş qaldıran "ağlını itirmiş Çetnik ideologiyası"na qarşı birgə mübarizə aparmalıdır. pizza

Nazirin sözlərinə görə, sözügedən ideologiya region dövlətlərinin konstitusiya və hüquq qaydalarına, təhlükəsizliyinə, demokratiyasına və ərazi bütövlüyünə birbaşa təhdid təşkil edir. Koalisiya Montoneqro, Kosovo, Xorvatiya və Bosniya və Herseqovinanı əhatə edə bilər.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью