Icma.az, Cebheinfo saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na Avropa ölkələrinin əksəriyyəti daxil edilməyib.
“Cebheinfo.az”-ın məlumatına görə, adıçəkilən quruma Amerika Birləşmiş Ştatları, Albaniya, Argentina, Azərbaycan, Belarus, Bəhreyn, Bolqarıstan, Ermənistan, İndoneziya, İordaniya, İsrail, Macarıstan, Mərakeş, Misir, Monqolustan, Pakistan, Paraqvay, Qazaxıstan, Qətər, Kosovo, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Vyetnam təsisçi üzv olublar.
Avropa İttifaqının aparıcı üzvləri olan Almaniya, Fransa, İtaliya, İspaniya, Belçika “Sülh Şurası”ndan imtina edib. Bundan başqa, Danimarka, Norveç, İsveç, Yunanıstan, Çexiya, Finlandiya, Portuqaliya və Ai-na üzv olan digər ölkələr “Sülh Şurası”na daxil olmayıb. Şuradan imtina edən ölkələr arasında Böyük Britaniya da var.
ABŞ Prezidenti Kanadanın da yeni yaranan quruma daxil edilməsinə etiraz edib. Latın Amerikası ölkələrindən isə Paraqvay və Argentina istisna olmaqla digəriləri “Sülh Şurası”ndan qıraqda saxlanılıb.
Rusiya, Ukrayna və Çin “Sülh Şurası”na dəvət alsalar da qurumun sıralarında qoşulmaq istəməyiblər. Avropa siyasətçiləri “Sülh Şurası”nın qlobal münaqişələrin həllində bir forum kimi BMT-ni kölgədə qoyacağından ehtiyatlanır.
Həmçinin, son zamanlar Qrenlandiya adasının ABŞ-yə birləşdirlməsi ilə bağlı Avropa dövlətləri ilə Donald Tramp arasında yaranmış narazılığın “Sülh Şurası”na münasibətdə fərqli yanaşmaya səbəb olduğu ehtimal edilir.
Qrenlandiyanın ABŞ tərəfindən ilhaqı Britaniyanı Avropa İttifaqı ilə daha da yaxınlaşdıra bilər.Avropanın təhlükəsizliyinin təminatı və Ukrayna münaqişəsinin həlli məsələlərində Tramp administrasiyasının Avropa ilə ortaq mövqeyə gələ bilməməsi “Sülh Şurası”nda da özünü göstərir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin