Bu ölkələrdə barışığı təşviq edəcəyik Tramp

09.07.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ Liviya və Sudanda milli barışıq üçün səy göstərmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri ilə görüşdə deyib.

“Biz Sudan kimi bir çox problemlərin olduğu ölkələrdə, Liviya və digər ölkələrdə barışığı təşviq edəcəyik”, - deyə o bildirib.

Tramp əlavə edib ki, onun administrasiyası iqtisadi inkişaf səyləri vasitəsilə Afrikada dostluq münasibətlərini gücləndirməyə sadiqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью